Bakının 2 məktəbində görünməmiş hadisə

19 Avqust, 2019 11:58 | Sosial | Baxış sayı: 941
Sinif
Sinif

Sinifdəki bütün şagirdlər ali məktəbə daxil olub

Bakıda iki orta məktəbin 11 A və 11 B siniflərini bitirmiş bütün məzunlar ali məktəblərə qəbul olublar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 13 nömrəli tam orta məktəbin 11 A sinfini bitirən 22 məzunun hamısı 2018-2019-cu dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıb. Məzunlardan 8-i 500-dən yuxarı, 2-si isə 600-dən yuxarı bal toplayıb.

314 nömrəli tam orta məktəbin humanitar təmayüllü 11 B sinfini bitirən 22 məzun da ali məktəblərə keçirilən qəbul imtahanlarında yaxşı nəticə göstərərək tələbə adını qazanıb. Məzunlardan 21-i III qrup üzrə, 1-i isə V qrup üzrə qəbul imtahanlarında uğur qazanıb.

Məzunlardan 2-si 500-dən yuxarı, 20-si isə 200-500 bal arası nəticə göstərib.