Azərbaycanın ən gənc tələbəsi - 15 yaşı var

19 Avqust, 2019 20:31 | Sosial | Baxış sayı: 186
Selcan Qaraşova
Selcan Qaraşova

Azərbaycan Dövlət Aqrar Universitetinə girib

2019-cu il üzrə Azərbaycan universitetlərinin ən gənc tələbəsinin kimliyi müəyyənləşib.

İstiPress-in məlumatına görə, bu, 15 yaşlı Selcan Qaraşovadır.

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və idarəetmə fakültəsinə qəbul olan Qaraşova 290 bal toplayıb.