Ailəsi bu qızı axtarır - FOTO

19 İyun, 2019 13:57 | Sosial | Baxış sayı: 262
Dadaşova Nuranə Ədalət qızı
Dadaşova Nuranə Ədalət qızı

Evdən çıxıb və geri qayıtmayıb

Şabran rayonunun Xırdaoymaq kənd sakini, 21 yaşlı Dadaşova Nuranə Ədalət qızı iyunun 8-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

İstiPress-in şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, onun əlamətləri belədir: boyu 150 sm., qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur.

Şəkildəki qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şabran Rayon Polis Şöbəsinə 023-353-23-05 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.