Nərgiz Paşayeva "MDB ulduzu" elan ediləcək

19 İyun, 2018 11:37 | Sosial | Baxış sayı: 140
Nərgiz Paşayeva
Nərgiz Paşayeva

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva elm sahəsində “Birlik ulduzları” mükafatına layiq görülüb.

İstiPress-in məlumatına görə, mükafat MDB İştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının bu gün başlayav və  iyunun 20-dək Astanada keçirilən XIII forumunda təntənəli mərasimdə təqdim olunacaq.

Forumda Azərbaycan, Belarus, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Rusiyadan olan 200 nümayəndə iştirak edəcək. 

Məlumata əsasən, Dövlətlərarası “Birlik ulduzları” mükafatının təqdim edilməsi üzrə Şura incəsənət, elm və təhsil sahəsində görkəmli nailiyyətlərə görə 2017-ci ilin laureatlarını elan edib, münsiflər heyətinin qərarı ilə mükafatlara səkkiz namizəd layiq görülüb.

Laureatlar arasında SSRİ Xalq artisti, alt alətində çalan və dirijor Yuri Başmet (Rusiya), skripkaçı Ayman Musaxacayeva (Qazaxıstan), şair Nizom Kosim (Tacikistan), ədəbiyyatşünas Abdıldajan Akmataliyev (Qırğızıstan), bir idmançı – belaruslu biatlonçu Darya Domraçeva və başqaları var.