Masallı sakininin "qanadlı avtomobili" - FOTO

19 İyun, 2017 11:26 | Sosial | Baxış sayı: 182

İxtiraçı avtomobilinə "TOAZ" adını verib

Masallı rayon sakini  yeni avtomobil ixtira edib. İstiPress-in cənub bürosunun məlumatına görə, rayonun Türkoba kəndində yaşayan Oktay Rzayev uzun müddətdir ki, üzərində çalışdığı yeni avtomobili artıq tamamlamaq üzrədir. Ustanın ”TOAZ” adlandırdığı yeni model avtomobil bir çox özəllikləri ilə fərqlənir. Maşının qapıları adi avtomobillərdə olduğu kimi ətrafa yox, yuxarı açılır. ” TOAZ” avtomobilinin hazırlanmasında “Jiquli”, "Mersedes” və “BMV “ kimi avtomobillərin ehtiyat hissələrindən istifadə olunub. İdman avtomobili üslubunda olacaq avtomobil 200-220 at gücündə olmasına hesablanıb.