İki nəfər istidən öldü

19 İyun, 2017 16:17 | Sosial | Baxış sayı: 98
Madrid, İspaniya
Madrid, İspaniya

Hidrometeoroloqlar isti hava şəraitinin bir neçə gün də davam edəcəyini proqnozlaşdırır

Pireney yarımadasında hökm sürən şiddətli istilər insan itkisinə səbəb olub.

İstiPress "RİA Novosti"yə istinadən xəbər verir ki, İspaniyada iki nəfər günvurma nəticəsində həyatını itirib.

Bundan başqa, Kataloniya regionunda 150-yə yaxın adam xəstəxanaya müraciət edib.

Qeyd olunur ki, İspaniyanın 22 əyalətində temperatur 40 dərəcədən artıqdır.

Yerli meteoroloqların proqnozuna görə, bu cür temperaturun yaxın günlərdə davam edəcək.