Bu gün su olmayacaq

19 İyun, 2017 10:13 | Sosial | Baxış sayı: 73
Su olmayacaq
Su olmayacaq

Bakının bəzi mərkəzi küçələrində suyun verilməsi məhdudlaşdırılacaq

Bu gün Bakının bəzi mərkəzi küçələrində suyun verilişində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “İstiPress”ə verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsindən keçən 350 mm diametrli magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar iyunun 19-da saat 11:00-dən 18:00-dək  Bülbül prospekti, Səməd Vurğun, Nəcəf bəy Vəzirov, Şövqi Abdullayev, Ruhulla Axundov və Sarabski küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.