Bakıda bu avtobusların qrafiki dəyişdi

19 İyun, 2017 12:26 | Sosial | Baxış sayı: 48
Bakıda sərnişin avtobusları
Bakıda sərnişin avtobusları

Dəyişiklik "Formula 1" ilə bağlıdır

Bakıda keçiriləcək "Formula 1"ə görə bəzi avtobusların qrafiki dəyişdirilib. Bakı Nəqliyyat Agentliyindən İstiPress-ə verilən məlumata görə, 23-25 iyun tarixlərində 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar gecə saat 02:00-dək sərnişinlərə xidmət göstərəcək

“Bakı Şəhər Halqası” Əməliyyat şirkətinin müraciətinə əsasən, yarış günlərində keçiriləcək mədəni-kütləvi tədbirlərdə iştirak edəcək şəxslərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 3 marşrut xətti üzrə avtobusların 20 saatlıq iş rejimində işləməsi qərara alınıb. Beləliklə, 23-25 iyun tarixlərində 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar səhər saat 06:00-dan gecə saat 02:00-dək sərnişinlərə xidmət göstərəcək.

Bakı Nəqliyyat Agentliyinin müvafiq qərarının icrası ilə bağlı 5, 53 və 65 nömərli marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq məktubu da ünvanlanıb.