Bayram namazının məscidlərdə qılınmasına icazə veriləcəkmi? - İbrahim Məmmədov

19 May, 2020 10:39 | Sosial | Baxış sayı: 69
Namaz vaxtı
Namaz vaxtı

"Vəziyyətdən asılı olaraq müəyyən qərar verilə bilər”

Bayram namazının məscidlərdə qılınmasına icazə yoxdur.

İstiPress-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, gələcəkdə bu barədə qərar qəbul olunarsa, məsələ ilə bağlı ictimaiyyətə açıqlama veriləcək:

“İndiki vəziyyətdə insanların məscidlərdə kütləvi toplanmasına icazə verilmir. Bugünkü yoluxma səviyyəsinə görə, proses hələ müzakirə olunmur. Bayram günlərinə qədər vəziyyətdən asılı olaraq müəyyən qərar verilə bilər”.