Bakıda gənc ana körpə qızı ilə birlikdə itkin düşdü

19 May, 2019 14:21 | Sosial | Baxış sayı: 92
İtkin qız
İtkin qız

Kirayə yaşadıqları evdən çıxıb bir daha geri qayıtmayıblar

Bakıda ana azyaşlı qızı ilə birlikdə itkin düşüb.

İstiPress-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Gəncə prospekti, 72 saylı ünvanda kirayədə yaşayan 1997-ci il təvəllüdlü Tağıyeva Qəmər İsi qızı və onunla birlikdə yaşayan qızı, 2015-ci il təvəllüdlü Tağıyeva Xədicə Elnur qızı mayın 16-da səhər saatlarında yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.

Faktla bağlı araşdırma aparılır.