Bakıda daha iki yolda hərəkət dayanacaq

19 May, 2018 10:25 | Sosial | Baxış sayı: 36
Bakıda yol bağlama nişanı
Bakıda yol bağlama nişanı

Yollar yenidən rənglənir

Bakının daha iki mərkəzi yolunda hərəkət məhdudulaşdırılır. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Suraxanı yol qovşağından Hava limanı istiqamətində və əksinə, həmçinin Bakı-Ələt avtomobil yolunun Bibiheybət məscidi – Lökbatan dairəsi arasında yerləşən hissəsində hər iki istiqamət üzrə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

Bu məqsədlə, sözügedən yollar boyu 19 may tarixində 11:00-dan axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə (işlərin aparıldığı zolaqlar üzrə) qismən məhdudlaşdırılacaq.