Azərbaycanda hamı bu oğlandan danışır - 56 min dollarlıq təqaüd

19 Aprel, 2019 14:40 | Sosial | Baxış sayı: 1291
Yasin Uğur
Yasin Uğur

17 yaşlı Yasin Sabancı Universitetində təhsil alacaq

17 yaşlı azərbaycanlı Türkiyənin Sabancı Universitetinə qəbul olub.  Yasin Uğur 56 min dollar təqaüd alacaq. Azərbaycanlı gənc "Ankara məktəbi" məktəb-liseyi, “İstək” liseyində təhsil alıb. Hazırda isə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində 11-ci sinifdə oxuyu

Quliyev Yasin Yalçın oğlu dünyanın bir çox unveristetlərini – Massaçusets Boston, İllinoys Ştatı, Şimali Florida Universitetini qazanıb. Bundan başqa o, 100/100 bursla Türkiyənin Bahçeşehir Universitetinə qəbul alıb. 

Sabancı Universitetini seçən həmyerlimiz “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alacaq. 

Azərbaycan Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi Yasin Quliyevin Meksikada keçirilən Beynəlxalq Olimpiadaya getməsi üçün dəstək göstərməmişdi.