Azərbaycan yenə qara büründü FOTOLAR

19 Aprel, 2019 09:33 | Sosial | Baxış sayı: 403
Qarlı hava
Qarlı hava

Qar yağışı şimal rayonlarında müşahidə olunub

Bir günlük fasilədən sonra Azərbaycanın Şimal rayonları yenidən ağ qara bürünüb. İstiPress-in Şimal bürosunun məlumatına görə, Quba və Xızıya yenidən qar yağıb.

Quba Ərazi Hidrometerologiya müəssisəsindən verilən məlumata görə, qar Qubanın Qrız, Xınalıq, eləcə də Xızının Altıağac qəsəbəsinə düşüb. Adəçəkilən ərazilərdə qarın hündürlüyü bir neçə sm olub. Ən soyuq hava isə Qrızda müşahidə edilib -4-8 dərəcə. 

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yağıntı haqqında qabaqcadan xəbərdarlıq edib. Məlumata görə, ölkə ərazisində qeyri sabit hava şəraiti aprelin ikinci ongünlüyünün sonuna kimi davam edəcək.