Nazir yanan dispanserin direktorunu işdən çıxardı

19 Aprel, 2018 16:44 | Sosial | Baxış sayı: 105
Narkoloji Mərkəzdə yanğın
Narkoloji Mərkəzdə yanğın

Respublika Narkoloji Mərkəzinin direktoru Telman Süleyman oğlu Məmmədhəsənov vəzifəsindən uzaqlaşdırılıb

İstiPress-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.

Onun vəzifədən azad edilməsi ilə bağlı əmr səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən aprelin 17-də verilib.

Səfayə Əhmədova bildirib ki, Respublika Narkoloji Mərkəzinin direktor vəzifəsinin icrası direktorun təşkilatı metodik işlər üzrə müavini Aytən Rəşid qızı Səmədovaya həvalə edilib.

Xatırladaq ki, martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş vermişdi. Yanğın nəticəsində 25 nəfər dünyasını dəyişmişdi.