Doğuş zamanı ölən anaların sayı açıqlandı

19 Aprel, 2018 14:34 | Sosial | Baxış sayı: 100
Doğuş zamanı
Doğuş zamanı

"2018-ci ildə ölkədə 7 ana ölümü baş verib".

İstiPress-in məlumatına görə, bu sözləri Respublika Perinatal Mərkəzinin direktoru, baş mama-ginekoloq Sevinc Məmmədova deyib.

O bildirib ki, ana ölümləri ilə bağlı 3-4 ay ərzində təqribən 12 nəfərə töhmət verilib:

"Statistikaya nəzər saldıqda 2017-ci ildə ana ölümlərinin sayında azalma olub. Belə ki, 2016-cı ildə 21, 2017-ci ildə isə 20 ana ölümü müşahidə olunub. Bu kimi səbəblərdən 50-dən artıq tibb işçisinə inzibati tənbeh verilib. Onlar həm özəl, həm də dövlət klinikalarında fəaliyyət göstərir".