Yaz saat necədə gələcək?

19 Mart, 2020 08:56 | Sosial | Baxış sayı: 166
Yaz havası
Yaz havası

Baharın Azərbaycana daxil olacağı vaxt açıqlandı

Bu il bahar Azərbaycana martın 20-si saat 07:49:36-də daxil olacaq. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayacaq.

Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. 

Xatırladaq ki, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Yeni iş həftəsi martın 29-dan başlayacaq.