Ermənistanda koronavirusa yoluxanların sayı 122 nəfərə çatıb

19 Mart, 2020 15:33 | Sosial | Baxış sayı: 78
Arsen Torosyan
Arsen Torosyan

Aprelin 14-ə kimi koronavirusla bağlı fövqəladə hal elan edilib

Ermənistanda martın 19-da daha 7 nəfərdə koronavirus aşkralanıb.

IstiPress “newsarmenia.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Arsen Torosyan keçirdiyi mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların sayı 122 nəfərə çatıb.

Ermənistanda martın 16-dan aprelin 14-ə kimi koronavirusla bağlı fövqəladə hal elan edilib.