Daha bir qonşumuz koronavirusa ilk qurbanını verdi

19 Mart, 2020 12:28 | Sosial | Baxış sayı: 154
Xəstəxana
Xəstəxana

Moksvada 79 yaşlı qadın ölüb

Dünyanı cənginə alan və 8 mindən artıq insanın ölümünə səbəb olan kornavirus Azərbaycanın Şimal qonşusunda- Rusiyada da ölümə səbəb oldu. Rusiyada virusdan ilk ölüm faktı qeydə alınıb.

Məlumata görə, ölüm halı paytaxt Moskvada qeydə alınıb. Yaşlı qadınbir sıra xroniki xəstəliklərdən də əziyyət çəkib. 

Ölən qadının 79 yaşı olub. O martın 13-də hospitala yerləşdirilmişdi.

Xatırladaq ki, Türkiyəd də bu gecə koronavirusdan ölənlərin sayı 2 nəfərə çatıb. Ölən şəxsin 61 yaşı var. Virus dayışılarının sayı isə 191 nəfərə çatıb. 

Ən acınacaqlı vəziyyət isə cənub qonşumuz olan İrandadır. Burada ölənlərin sayı artıq min nəfəri keçib.