Birinci sinfə qəbul dayandırıldı QƏRAR

19 Mart, 2020 10:32 | Sosial | Baxış sayı: 390
Birinci sinif
Birinci sinif

Sistem bu gün saat 16:00-dan bağlanır

Martın 19-u saat 16:00-dan etibarən birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Elektron qeydiyyat sistemi martın 29-u saat 12:00-dan etibarən yenidən aktivləşəcək.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilib.