Avtovağzaldan rayonlara getmək olar?

19 Mart, 2020 12:13 | Sosial | Baxış sayı: 378
Bakı Beynəlxalq Avtovağzalı
Bakı Beynəlxalq Avtovağzalı

Kompleks Bakıya dönüş icazəsi olanlar barədə açıqlama yaydı

Avtovağzaldan şəhərlərarası bütün istiqamətlərə avtobus reysləri fəaliyyətini davam etdirir. Bu barədə məlumat Bakı Beynəlxalq Avtovağzal Kompleksindən verilib.

Məlumata görə, reyslərlə bağlı əlavə məlumat almaq üçün sərnişinlər (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi”nə zəng edə, eyni zamanda info@avtovagzal.az email ünvanı və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin "Facebook" səhifəsinə yaza bilər. 

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən gedişlər xüsusi qrafiklərlə tənzimlənəcək və məhdudiyyət qoyulan tarixə qədər geri dönüş yalnız Bakı şəhərində qeydiyyatda olan sərnişinlər üçün mümkün olacaq.