Koreyada oxumaq istəyənlər üçün şans

19 Fevral, 2020 10:42 | Sosial | Baxış sayı: 27
Koreyada təhsil
Koreyada təhsil

Təqaüd proqramı elan edildi

Koreya Respublikası 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir. Təhsil Nazirliyindən verilən məlumata görə, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan olunub.

Proqramda iştirak etmək istəyənlər martın 13-dək müraciət edə bilərlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarı Təhsil Nazirliyinin saytından əldə etmək olar.