İstanbulda kişilər azərbaycanlı qıza görə bir-birinə tapança çəkdi

19 Fevral, 2020 15:21 | Sosial | Baxış sayı: 131

Azərbaycanlı qızın alt paltarından tapança çıxıb

İstanbulun Esenyurt qəsəbəsində kafelərdən birində azərbaycanlı Gülsurə A.-ya görə silahlı insident yaşanıb.

İstiPress-in “dha.com.tr” saytına istinadən verdiyi xəbərə görə, Gülsurə A. sevgilisi Caner K. Və dostları ilə birlikdə kafeyə gedib. Məkanda qadının keçmiş sevgilisi Sərdar A. da olub. Üz-üzə gələn tərəflər arasında dava baş verib.

Davalarını küçədə davam etdirən Caner öncə Sərdarı yumruqlayıb, daha sonra dostundan aldığı silahla döyərək ona xəsarət yetirib. Caner dostunun tapançası və yumruqla  Serdarı döyərək yaralayıb, daha sonra havaya atəş açıb. (Bu zaman tapançadan soyuq silah qismində istifadə edilib)

Silah səsi eşidən polis əməkdaşları hadisə yerinə gəliblər. Serdar A. xəstəxanaya çatdılıb, digər şəxslər isə saxlanılıblar. Saxlanılan zaman Canerin istifadə etdiyi silah Gülsura A.-nın alt paltarlndan tapılıb. Hər iki şəxs məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.

Hadisə küçənin təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.