Həccə təkrar getmək istəyənlərə xoş xəbər

19 Fevral, 2020 12:15 | Sosial | Baxış sayı: 90
Həcc ziyarəti
Həcc ziyarəti

Əlavə ödəniş ləğv edilib

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyə qədər 100 nəfər müraciət edib. Sənəd verənlərin arasında az sayda olsa da, ziyarətə təkrar getmək istəyənlər də var.

Bu il Həcc ziyarətinə təkrar getmək istəyənlərə güzəşt edilməsi ilə bağlı qərar qəbul olunub. Qərara əsaəsn, onlar üçün nəzərdə tutulan əlavə ödəniş ləğv edilib. Ötən il bu rüsum 75 ABŞ dolları idi. Bu il isə Həcc ziyarətinə təkrar getmək istəyənlər həmin məbləği ödəməyəcək. 

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1500 nəfərlik kvota ayrılıb. Ziyarətinin qiyməti isə 4490 ABŞ dollarıdır.

Həcc ziyarəti Ramazan bayramı ərəfəsində - iyulun 20-dən avqustun 15-dək baş tutacaq. 

Qeyd edək ki, Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. /report/