Eyni gündə iki məktəb açıldı

19 Fevral, 2020 18:58 | Sosial | Baxış sayı: 140

Son illər rayondakı 135 məktəbdən 70-si yenilənib

Bu gün Qubada iki yeni modul məktəbin açılışı olub.

İstiPress-in şimal bürosunun məlumatına görə, rayonun Susayqışlaq kəndində 96, Gənclər qəsəbəsində isə 80 yerlik modul məktəb şagird və müəllimlərin istifadəsinə verilib.

Açılış mərasimində iştirak edən Quba İH başçısı Ziyəddin Əliyev köhnə, uyğunlaşdırılmış binalarda yerləşən iki məktəbin şagird-müəllim kollektivini təbrik edib, onlara təhsil uğurları arzulayıb. İcra başçısı vurğulayıb ki, rayonda şəraitsiz binalarda yerləşən bütün məktəblər tədricən yenilənəcək və bu istiqamətdə Təhsil Nazirliyi ilə birgə işlər aparılır.

Quba təhsil şöbəsinin müdiri Rüfət Hacıyev daha iki məktəbin -Küpçəlqışlaq və Ərməkiqışlaq kənd modul məktəblərinin də qarşıdakı həftələrdə açılışı olacağını deyib. Bildirilib ki, son illər rayondakı 135 məktəbdən 70-si yenilənib və əsaslı bərpa edilib.

Yeni açılmış Gənclər qəsəbəsindəki modul məktəbdə Qarabağ şəhidləri olan, Rük kəndində doğulmuş Xəqani İsmayılov və Seyidağa Dadaşova həsr olunmjş güşə diqqəti çəkib. Məktəb Xəqani İsmahılovun adını daşıyır. Dayıoğlu və və bibioğlu olan iki şəhidin şagirdlərin vətənpərvərlik tərbiyəsi baxımından tanınmasının vacibliyi vurğulanıb.