25 yaşlı ana birdəfəyə 7 uşaq doğdu

19 Fevral, 2019 10:09 | Sosial | Baxış sayı: 232
Yeni doğulan körpələr
Yeni doğulan körpələr

6 qız 1 oğlan İraqda dünyaya gəliblər

İraqda hamilə qadın həkimləri və bütün ölkəsini heyrətə salıb. Hamilə qadın bir dəfəyə bir yox, iki yox, üç yox, düz 7 körpə dünyaya gətirib.

Bir anda 7 uşaq anası olanq qadının 25 yaşı var. Həkimlər bunu tayı bərabəri olmayan hadisə kimi qiymətləndiriblər. Bütün körpələr təbii yolla doğulublar. 

Doğum evinin direktoru Əli Şərifin sözlərinə görə, doğulan uşaqlardan 6-ı qız, biri isə oğlandır. Ana və körpələrin vəziyyəti normaldır. 

Körpələrin atası Yusef Fadalın sözlərinə görə, bu planlı hamiləlik olub. Lakin cütlük bir uşaq sahibi olmağı gözləyib. Onların evdə daha 3 uşaqları var.