Bu gecə 14 dərəcə şaxta qeydə alınıb

19 Yanvar, 2020 11:41 | Sosial | Baxış sayı: 233

Qarın hündürlüyü 8-10 sm arasında olub

Şimal bölgəsinin Quba və Qusar rayonları bu gecə də qarlı, şaxtalı olub.

İstiPress-in şimal bürosunun məlumatına görə, Qubanın Qrız kəndində bölgə üzrə ən çox şaxta qeydə alınıb - 14 dərəcə şaxta.

Xınalıqda isə 13 dərəcəyə yaxın şaxta müşahidə edilib. Bu ərazilərdə qarın hündürlüyü 8-10 sm arasındadır.

Dağlıq avtomobil yolları buz bağlayıb. Quba 5 saylı yol-istismar idarəsinin işçiləri Quba-Xınalıq yolunun buz bağlamış yollarına duz və çınqıl töküb,qarlı hissələrini isə qardan təmizləyiblər.

Qubada qar
Qubada qar