Bakıda istirahət mərkəzinin ərazisində yanğın olub

19 Yanvar, 2020 10:57 | Sosial | Baxış sayı: 108
Yanğın
Yanğın

Yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bakıda yanğın qeydə alınıb.

İstiPress-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərin Sabunçu rayonunda, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 25 m² olan taxta konstruksiyalardan ibarət kottec və bitişik ümumi sahəsi 25 m² olan digər kottecin ondulindən ibarət dam örtüyü 20 m² sahədə yanıb.

Kottecin qalan hissəsi və bitişik kotteclər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.