Din xadimləri maaş alacaq - Azərbaycanda

18 Dekabr, 2017 12:22 | Sosial | Baxış sayı: 176
Molla
Molla

Bu uzağı fevral ayında mümkün olacaq

Azərbaycanda gələn ilin fevral ayından Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsi ilə məscidlərdə çalışan din xadimləri rəsmən əmək haqqı alacaqlar. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Hazırda bu əmək haqqının məbləği və kimlərə verilməsi məsələsi müzakirə olunur. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar, naimlər, mütəvəlilər və bu kimi vəzifə daşıyan şəxslər idarənin öz təqdimatı ilə əmək haqqı alacaqlar. Onun sözlərinə görə, yanvar ayının sonuna bu proses tamamlanacaq. Bundan sonra fondun tam şəkildə fəaliyyəti üçün hüquqi əsas yaranacaq və fonda maliyyə vəsaiti ayrılacaq.

"Ən geci din xadimlərinə fevral ayından əmək haqlarının verilməsinə başlanıla bilər”.