Babək prospekti bağlanır?

18 Dekabr, 2017 10:43 | Sosial | Baxış sayı: 312
Yol təmiri
Yol təmiri

Sürücülərin çoxdan gözlədiyi xəbər

Bakının ən böyük prospektində təmir başlayır. "Azəravtoyol"dan İstiPress-ə verilən məlumata görə, yenidənqurma işləri Babək prospektində başlayır. 

Babək prospektində aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq bu gündən etibarən sözügedən ünvanda avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.

Yenidənqurma işlərinə prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində start verilir.

"Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan ərazilərdə diqqətli olsunlar və prospektdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər".