Gənc müəllim evində ölü tapıldı

18 Noyabr, 2019 15:27 | Sosial | Baxış sayı: 153
Təcili yardım maşını
Təcili yardım maşını

Müvafiq ekspertizalar təyin edilib

Cəlilabadda evdən kişi meyiti aşkar edilib.

İstiPress-in məlumatına görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.

Bekə ki, Nazim Alişanov adına Maşlıq kənd məktəbində riyaziyyat müəllimi işləyən 1983-cü il təvəllüdlü Miriyev Zəfər Şirzaid oğlu yaşadığı mənzildə ölmüş vəziyyətdə tapılıb.

Ölümün səbəblərini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.