Dünyada 15 milyon uşaq vaxtından əvvəl doğulur

18 Noyabr, 2019 17:57 | Sosial | Baxış sayı: 61
Yenidoğulan körpə
Yenidoğulan körpə

Hamiləliyin 22-ci həftəsindən etibarən doğulan uşaq diri doğulmuş sayılır

Hər il dünyada təxminən 15 milyon uşaq vaxtından əvvəl doğulur. Vaxtından qabağ doğulan uşaqlar digərləri kimi sağlam yaşayırlar, hətta onların arasında dünya miqyasında tanınmış alimlər də var.

İstiPress-in məlumatına görə, bunu Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günü münasibəti ilə keçirilən tədbirdə söyləyiblər.

Klinikanın direktoru, professor Surxay Hadıyev bildirib ki, Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günü 2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə təsis edilib. Bu günün qeyd olunmasında məqsəd vaxtından əvvəl doğumun təhlükəsi və fəsadları, profilaktikası və hamiləliyin tam vaxtında başa çatdırılması haqqında ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.

Klinikanın baş həkimi, uşaq cərrahı, professor Ramiz Poluxov isə vaxtından əvvəl doğulan uşaqların yaşaması üçün tövsiyələrlə çıxış edib. O da bildirilib ki, Azərbaycanda yeni meyarlarla hamiləliyin 22-ci həftəsindən etibarən doğulan və həyat elementləri olan, çəkisi 500 qramdan çox olan uşaq diri doğulmuş sayılır. Həmin uşaqların yaşaması üçün mütəxəssislər var qüvvələri ilə çalışırlar.