Şəkidə 5 aylıq hamilə olan 16 yaşlı qız tapıldı

18 Oktyabr, 2019 11:49 | Sosial | Baxış sayı: 135
Hamilə qadın
Hamilə qadın

Yetkinlik yaşı bitməyən qız 22 yaşlı oğlanla nikahsız yaşayıb

Şəki şəhərində yetkinlik yaşına çatmayan qızın ailəli olduğu müəyyənləşib. Şəki Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə gətirilən 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızının Şəki rayonunun Suçma kənd sakini, 1997-ci il təvəllüdlü Babayev Bilal Möhəbbət oğlu ilə ailəli olduğu, lakin qız yetkinlik yaşına çatmadığı üçün nikahsız yaşadığı müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, oktyabrın 15-də Şəki rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib.

Xəstəxanada müayinə zamanı qızın 5 aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki şəhər Polis Şöbəsinə məlumat verilib.