Sürücülərə xəbərdarlıq edildi - bu magistralda diqqətli olun

18 Oktyabr, 2017 09:43 | Sosial | Baxış sayı: 76
Yol təmiri
Yol təmiri

Ölkənin daha bir magistralında yenilənmə işləri başlayır. "Azəravtoyol"dan İstiPress-ə verilən məlumata görə, vtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

Belə ki, bu gün saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 11-71-ci km-lik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.