Bu taksi xidmətindən uzaq durun! - FOTO, VİDEO

18 Oktyabr, 2017 12:45 | Sosial | Baxış sayı: 348
Taksi
Taksi

Moskvada erməni taksi sürücülərinin gecə oyunları

Rusiya paytaxtında müştərilərə dərman içirdərək onları soyan taksi sürücüsü günahını etiraf edib. 

İstiPress rus mətbuatına istinadən xəbər verir ki, erməni əsilli Karapetyan bu ilin aprelində törətdiyi cinayətdən sonra ələ keçib. O, 54 yaşlı kişi müştəriyə mineral su verərək, onu yatırdıb və sonra onu soymağa başlayıb. Saatını və mobil telefonu oğurlayandan sonra onu səssiz bir yerə ataraq gizlənib. Kişi həmin yerdə dünyasını dəyişib. Ekspertizanın rəyinə görə, o, taksi sürücüsünün verdiyi dərmandan zəhərlənib.

Karapetyanın yaşadığı mənzildə onlarla belə oğurluq telefon, noutbuklar və qızıl-zinət əşyaları aşkar edilib. Bəzi ehtimallara görə, onun bir sıra qətllərdə adı ola bilər.