Kanalizasiya kollektoru çökdü - yenə qaz kəsiləcək

18 Sentyabr, 2019 09:48 | Sosial | Baxış sayı: 58
Təbii qaz
Təbii qaz

Lənkəran, Xırdalan və Xətai də məhdudiyyət olacaq

Ələt-Astara avtomobil yolunun kəsişmə nöqtələrində qaz xəttinin yeni çəkilmiş hissələrinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 09:00-dan 18:00-dək Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Bu barədə "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bundan başqa, bir sıra təmir işləri ilə bağlı saat 10:00-dan Xırdalan şəhərində, kanalizasiya kollektorunun çökməsi ilə bağlı təhlükəsiz əraziyə köçürülmüş qaz xəttinin mənbəyə birləşdirilməsi məqsədi ilə Xətai rayonu, H.Aslanov, NZS qəsəbələri, K.Kərimov, D.Səfərov, M.Davud küçələrində də qaz fasilələrlə veriləcək.