Azərbaycanda bəzi onkoloji dərmanların apteklərdə açıq satıla bilər

18 Sentyabr, 2019 13:27 | Sosial | Baxış sayı: 44
Aptek satıcısı
Aptek satıcısı

Bu təklifi parlamentin Səhiyyə Komitəsinn rəhbəri səsləndirib

“Tibb sahəsi əlavə dəyər vergisindən azad edilməlidir. Yəqin ki, bu məsələyə baxılacaq”.  Bunu Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında deputat, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Kəmaləddin Qafarov deyib.

Deputat dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsini də təklif edib: “Bu tələblər çətinlik yaradır. Səhiyyə sahəsində son 5 ildə böyük işlər görülüb. Azərbaycan Milli Onkologiya Mərkəzinin texniki imkanları genişlənib. Bu qədər yüksək səviyyəli işlər təqdirəlayiqdir. Genişlənmiş sahənin saxlanılması – dərman, servis və s. 5 il öncəki büdcə ilə tənzimlənir. Yəni büdcə 5 il əvvəl necə idisə, indi də elə qalır. Mərkəzə hər gün 1 200 nəfər müraciət edir. Burada avadanlıqların saxlanılması və s. xərclər üçün 5 qat artıq büdcə lazımdır. Yəni burada 20-30 faiz artımla nəsə etmək çətin olacaq”.

Səhiyyə komitəsinin iclasında çıxış edən komitə sədri Əhliman Əmiraslanov isə münasib vaxt çatdıqda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacağını deyib.

Ə.Əmiraslanov bildirib ki, mətbuatda bəzi şəkərli diabet xəstələri üçün dərman çatışmazlığı barədə məlumatlara rast gəlinir: “Bunun obyektiv səbəbi var, çünki belə xəstələrin sayı ilbəil artır. İnsanlar arasında ən böyük ölüm yaradan onkoloji xəstəliklərlə bağlı da Milli Məclisdə dinləmələrin keçirilməsi nəzərdə tutulur. Bu sahədə ən böyük problem odur ki, şiş əleyhinə dərmanlar, xüsusilə ən müasir dərmanlarla bağlı çatışmazlıqlar var”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib ki, onkoloji xidmətlə bağlı maliyyə məsələsinə yenidən baxılmalıdır. Amma xəstələrin sayının artması müasir müalicə vasitələrinin baha olmasına görə əlavə vəsaitin ayrılmasını tələb edir.

Deputat təklif edir ki, onkoloji xəstəlliklərlə bağlı müəyyən dərmanların apteklərdə açıq satışının təşkilinə icazə verilsin.