ABŞ erməni aviaşirkətlərinə qadağa qoydu

18 Avqust, 2020 15:39 | Sosial | Baxış sayı: 97
Zvartnos hava limanı - Irəvan
Zvartnos hava limanı - Irəvan

ABŞ-ın Ermənistandakı səfirliyi erməni aviaxətlərindən rəsmi səfərlər etmək üçün istifadəni qadağan edib. 

İstiPress-in "lragir.am"a istinadən məlumatına görə, bu barədə səfirliyin saytında qeyd olunub.

“2020-ci ilin iyununda Avropa İttifaqı (Aİ) bütün erməni aviadaşıyıcılarını aviasiya təhlükəsizliyi (EU Air Safety List) siyahısına əlavə edib. Buna səbəb Ermənistanda sertifikatlaşdırılmış aviadaşıyıcıların təhlükəli olmasıdır. Bu qərar minimum 2022-ci ilə qədər qüvvədə qalacaq və faktiki olaraq bütün erməni aviadaşıyıcılarının Aİ ölkələrinə uçuşlarını qadağan edir. Bu qiymətləndirməni nəzərə alaraq, ABŞ-ın Ermənistandakı səfirliyi əməkdaşlarına erməni aviadaşıyıcılarından rəsmi səfərlər üçün istifadəni qadağan edir”,- deyə məlumatda bildirilir.