İki yaşlı uşağı elektrik vurdu

18 Avqust, 2019 16:56 | Sosial | Baxış sayı: 92
Ölmüş körpənin ruhu - KOLLAJ
Ölmüş körpənin ruhu - KOLLAJ

Həyatını xilas etmək mümkün olmayıb

Tərtər rayonunda 2 yaşlı uşağı elektrik cərəyanı vurub.

İstiPress-in məlumatına görə, Tərtər rayonu, Qaraqoyunlu kənd sakini, 2017-ci il təvəllüdlü Xəlilzadə Üzeyir Fədail oğlu elektrotravma diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Ancaq həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.