Sərxoş ər qaynanasının evini yandırdı - 2 yaşlı oğlu öldü - YENİLƏNİB

18 Avqust, 2019 13:49 | Sosial | Baxış sayı: 114
Yanğın
Yanğın

Ağır xəsarət alanların Bakı şəhərinə göndərilməsi nəzərdə tutulub

Şəmkirin Sarıtəpə kəndində sərxoş ər gecə saatlarında ailə münaqişəsi zəminində qaynanası yaşayan evi yandırıb. 

İstiPress-in məlumatına görə, bu zaman evdə onun 24 yaşlı həyat yoldaşı Mətanət İlqar qızı Məsimova, 2 yaşlı oğlu Nicat Elmar oğlu Məmmədov və 54 yaşlı qaynanası Səltənət Allahverdi qızı olub. 

İki yaşlı körpə aldığı yanıq xəsarətlərindən ölüb. 54 yaşlı qaynana və onun 24 yaşlı qızı ağır vəziyyətdə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyətinin ağır olduğunu nəzərə alan həkimlər ilkin yardımdan sonra ixtisaslaşdırılmış tibbi yardım göstərilmasi üçün onları paytaxta köçürmək qərarına gəliblər. 

Ağır vəziyyətdə olan yaralılar xüsusi avadanlıqlarla təhciz edilmiş təcili yardım avtomobili ilə 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq Şöbəsinə çatıdırlıblar. Səltənət Allahverdi qızının bədəninin, 50%, Mətanət İlqar qızı Məsimovanın bədəninin 70% yandığı bildirilir. 

Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq Şöbəsinə mütəxəssislər dəvət edlib. Səhiyyə Nazirliyi yaralıların müalicəsini nəzarətə götürüb.

10:29

Şəmkir rayonunda ölümlə nəticələnən yanğın baş verib.

İstiPress-in məlumatına görə, hadisə Sarıtəpə kəndində, evdə qeydə alınıb.

Yanğın zamanı, 2 yaşlı Nicat Elmar oğlu Məmmədov ölüb. Onun anası, 1995-ci il təvəllüdlü Mətanət İlqar qızı Məsimova və qadının anası 1964-ci il təvəllüdlü Səltənət Allahverdi qızı xəsarət alıblar. Xəsarət alanlar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların vəziyyətinin ağır olması səbəbindən hər ikisinin Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.