Bakıda qatarda yanğın başladı

18 İyul, 2019 20:17 | Sosial | Baxış sayı: 88
Yanğın
Yanğın

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub

Bakının Biləcəri qəsəbəsində yük qatarının vaqonunda yanğın başlayıb.

İstiPress-ə bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Şərq vaqon deposunda yük qatarının vaqonunda yanğın olması barədə məlumat daxil olub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.