Bakı-İstanbul reysində yanğın - FOTO

18 İyul, 2019 14:49 | Sosial | Baxış sayı: 107
Yanğını söndürməyə çalışan FHN əməkdaşları
Yanğını söndürməyə çalışan FHN əməkdaşları

Bakıdan İstanbula hərəkətdə olarkən qəfildən yanğın başlayıb

Hacıqabul rayonunda Türkiyənin "Alpar" turizm şirkətinə məxsus avtobusada yanğın baş verib.

İstiPress-in məlumatına görə,   hadisə Bakı-Qazax magistralının rayonun Padar Çöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkiyə vətəndaşı 43 yaşlı Şenel Ustabaş Feredun sərnişinlə dolu "Mercedes" markalı avtobusla Bakıdan İstanbula hərəkətdə olarkən qəfildən yanğın olub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb. Avtobus Bakıdan İstanbula gedirmiş. Hadisədən sonra avtobusda yaranan nasazlıq səbəbi ilə sərnişinlər digər avtobusla yola salınıblar.

Fakt araşdırılır.