Metroda qadın sərnişinlər üçün xüsusi vaqonlar ayrılacaq

18 İyun, 2017 03:49 | Sosial | Baxış sayı: 188
Metroda qadın sərnişinlər üçün xüsusi vaqonlar ayrılacaq
Metroda qadın sərnişinlər üçün xüsusi vaqonlar ayrılacaq

Məqsəd, sadəcə, zərif cinsin nümayəndələrinin rahatlığının təmin edilməsidir

Türkiyənin Bursa şəhərində metroda qadın sərnişinlər üçün xüsusi vaqonlar ayrılacaq. İstiPress “Rayhaber” saytına istinadla verdiyi xəbərə görə, bu barədə şəhərin bələdiyyə başçısı Receb Altepe məlumat verib.

Onun sözlərinə əsasən, qadın və kişilərin birlikdə səyahət edə biləcəkləri vaqonlar ləğv edilməyəcək, məqsəd, sadəcə, zərif cinsin nümayəndələrinin rahatlığının təmin edilməsidir: "Kişi və qadınların birgə gedəcəkləri vaqonların ləğv edilməsi müzakirə mövzusu belə deyil; burada rahatlığı ön planda tutmuşuq. İstəyən qadınlar arxa vaqonda rahat şəkildə səyahət edə bilsinlər deyə bunu edəcəyik."

Bənzər vaqonların Avropa ölkələri, eləcə də ABŞ və Yaponiyada da olduğunu qeyd edən Altepe bəzi siyasətçilərin bunu mübahisə mövzusuna çevirdiklərini deyib.