TƏBİB-dən əhaliyə maska xəbərdarlığı

18 May, 2020 13:11 | Sosial | Baxış sayı: 242

"Bu halda yoluxma baş verə bilər"

Tədqiqatlara əsasən, ayrı-ayrılıqda maskanın istifadəsi və ya sosial məsafənin gözlənilməsi virusdan qorunmaq üçün yetərsizdir, bu halda yoluxma baş verə bilər.

İstiPress-in məlumatına görə, bu barədə TƏBİB-in yaydığı tövsiyədə bildirilir.

Qeyd olunub ki, yoluxmanın qarşısını almaq, kontrollu sosial həyat üçün həm maska taxılmalı, həm də sosial məsafə qorunmalıdır.