Sabah 30 dərəcə isti olacaq

18 May, 2020 14:40 | Sosial | Baxış sayı: 48

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq

Mayın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

İstiPress-ə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 11-14° isti, gündüz  21-25° isti olacaq.

Bakıda  gecə 12-14° isti, gündüz  22-24° isti olacaq. Atmosfer  təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  70-80 %, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək Havanın temperaturu  gecə 12-17° isti, gündüz  25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz  15-20° isti olacaq. 

Mayın 19-20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.