Bakıda həkim koronavirusdan öldü

18 May, 2020 15:21 | Sosial | Baxış sayı: 219

Gəncə təcili tibbi yardımda işləyib

Bakıda "təcili yardım"ın həkimi koronavirus infeksiyasından ölüb.

İstiPress-in məlumatına görə, bu barədə yerli KİV-lər məlumat yayıb.

Məlumata görə, 3 saylı Gəncə təcili tibbi yardım stansiyasının həkimi C.Abbasov dünyasını dəyişib.

İnfeksiyadan sonra o, Bakıdakı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilib.