Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb

18 May, 2020 17:39 | Sosial | Baxış sayı: 76
Koronavirus xəstələri
Koronavirus xəstələri

"Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb, 1 nəfər isə vəfat edib".

İstiPress-in məlumatına görə, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Y.Qarayeva qeyd edib ki, hazırda 3 387 ümumi yoluxan var.

O bildirib ki, bu günə qədər 235 910 test edilib.