Azərbaycan ordusu əməliyyat təyinatı rayonlarına çıxarılır - VİDEO

18 May, 2020 12:39 | Sosial | Baxış sayı: 99

Həyəcan siqnalı ilə qaldırılıblar

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.

İstiPress-ə bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.