Üç ayda 27 üçəm doğuldu

18 May, 2019 09:46 | Sosial | Baxış sayı: 41
Üçəmlər
Üçəmlər

Azərbaycanda bu il də doğulan uşaqların çoxu oğlanlardır

Azərbaycanda ilin əvvəlindən ölkə əhalisinin sayı 17653 nəfər artaraq 2019-cu il aprel ayının 1-i vəziyyətinə 9999110 nəfərə çatıb. Bu ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32 402 doğulan körpə qeydə alınıb.

Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrin 708-i əkiz, 27-si isə üçəm doğulub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Xatırladaq ki, ölkənin 10 milyonuncu vətəndaşı Mehriban Həsənova bu ilin aprel ayının 6-da anadan olub.