Siyəzəndə qanvermə aksiyası - FOTO

18 May, 2017 13:22 | Sosial | Baxış sayı: 185
Qanvermə
Qanvermə

Toplanan qan Mərkəzi Qan Bankına göndəriləcək

Bu gün Siyəzən regional müalicə diaqnostika mərkəzində qanvermə aksiyası keçirilib.

İrsi qan xəstəliklərindən - hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən uşaq və digər yaş təbəqəli insanlara yardım məqsədilə baş verən aksiyada rayon sakinləri fəal iştirak ediblər.

Mərkəzdən İstiPress-in şimal bürosuna verilən məlumata görə, qanvermədə 150-dən artıq adam iştirak edib. Onların qanı yoxlanıldıqdan sonra, toplanan qan Mərkəzi Qan Bankına göndəriləcək.