Azərbaycanda 29 yaşlı qızın burnu çürüdü - kosmetoloqdan sonra FOTO

18 Aprel, 2019 12:00 | Sosial | Baxış sayı: 315
Burun dolğusu
Burun dolğusu

Gənc qız regionlardan birində burnuna filler dolğu etdirib

Azərbaycanda gözəlləşmək üçün kosmetoloqa gedən gənc qadının burnu çürüdü. Bir müddət öncə 29 yaşlı qadın bölgələrdən birində xidmət göstərən kosmetoloqa müraciət edərək burnuna filler dolğu etdirib. 
Lakin sonradan burnunda qaralmalar meydana çıxıb. O, dərhal bu barədə kosmetoloqa məlumat verib. Lakin heç bir kömək olmayıb və vəziyyəti daha da pisləşməyə doğru gedib.

Bu barədə həkim-kosmetoloq Sevinc Abdullayeva özünün sosial hesabından paylaşım edib. Onun sözlərinə görə, qız iki gün daha gec müraciət etsəydi, onu bu vəziyyətdən çıxarmaq mümkün olmayacaqdı:

“Anatomiya sahəsindən xəbərsiz, qeyri-peşəkar həkimlər (bəzən də ali tibbi təhsili olmayan kosmetoloqlar) pasientləri bu tip faciəvi nəticələrə gətirib çıxarırlar.
Bu xanım mənim yanıma əməliyyatsız rinoplastika prosedurundan (yəni hialuron turşusu tərkibli fillerlərin infeksiyası köməyilə burunun əyriliyinin aradan qaldırılması) sonra gəldi.

Prosedur zamanı filler damara düşüb, işemiya və nekroz ilə sonlanıb. Kosmetoloq xanımı bir xeyli vaxt sakitləşdirməyə çalışıb və heç bir problemin olmadığına inandıraraq, müxtəlif lazımsız mazlardan istifadə etməyi məsləhət görüb.

Xanım özü məni tapdı, amma problem artıq altıncı gün idi ki, inkişaf edirdi. Hər bir dəqiqə bizim əleyhimizə işləyirdi. Biz uğurlu nəticəyə inanmırdıq, amma xanımı bu vəziyyətdə qoymaq istəmədik və işə başladıq.
Həftələrlə uzun sürən müalicə nəticəsində burunu xilas edə bildik”.